Rusiyanın hava-kosmik qüvvələri günü münasibətiylə, Rusiya Müdafiə Nazirliyi aviasiyada perspektiv cəbhə kompleksi olan beşinci nəsil “T-50” görünməz (radarlara yaxalanmayan) qırıcılar barəsində, özünün ilk video materialını nümayiş etdirib.

“Business Insider”in məlumatına görə, hökumətin yaydığı video çarxda, onun arzuladığı görünməz-qırıcılar, göyərtədə yerləşdirilən “MİG-29K” və çoxməqsədli ən müasir “Su-35C” qırıcı təyyarələrilə birgə göstərilir. Hərçənd ki, “T-50” təyyarələri yalnız bir neçə saniyə ərzində göstərilir, amma bu soyuq müharibədən sonra yaradılmış ilk yeni qırıcıların kamufulyaj şəkilini görməyə kifayət edir. Həqiqətən də, özünün qeyri-adi kamuflyajına və Rusiyanın aktiv şəkildə “T-50” təyyarəsini reklam etməsinə baxmayaraq, bu qırıcı xarakteristikasına görə, bəlkə də bəyan edildiyi, beşinci nəsil təyyarə səviyyəsinə çatmır.

Məsələn, ”T-50”nin gövdəsindəki avadanlıqların təkamülü, Çinin “Çendu J-20” (ChengduJ-20) və ya amerikanların “Lokhid Martin” şirkətinin “F-35 Lightining II“ təyyarələrinin təchizat xarakterindəki sıçrayış keyfiyyəti ilə öyünə bilməz. Əksinə, bu təyyarəyə 4++ (beşinci və dördüncü nəsillər arası) nəslindən hesab edilən “Su-35” –in mühərriki miras qalıb.

Bundan başqa, beşinci nəsil təyyarənin əsas xarakteristikası, onun radarlara yaxalanmaması, görünməz olmasıdır. Əgər “T-50” qırıcısını, onun dünyadakı digər analoqları ilə müqayisə etsək, onda bu xüsusiyyət də şübhəli görünəcək.

“Real Clear Defense” nəşrinin məlumatına görə, 2010 və 2011-ci ilin mənbələrində “T-50” təyyarəsinin səthindəki dağılma effekti (radarlarda görünməmək) 0,3-0,5 kvadrat metr təşkil edir.

Hərçənd ki, bu rəqəmlər qaneedici görünə bilər, lakin mühəndislər bu problemə diqqətlə yanaşmalı və qırıcılardakı səth üzərindəki dağılma effektini nəzərə almalıdırlar. Çünki müqayisədə ABŞ Hərbi Hava Qüvvələrinin beşinci nəsil “F-22 Raptor” və “F-35” təyyarələrindəki bu göstəricilər müvafiq surətdə hər kvadrat metr üçün “F-22”-də 0,0001, ”F-35”-də isə 0,001-dir.

Bu problemlərin olmasına baxmayaraq, ”T-50” qiymət məsələsində digər beçinci nəsil təyyarələrindən daha münasibdir. Nəzərə alsaq ki, bu cür qırıcının hər biri 50 milyon dollardan da artıqdır, onda bu “F-22” və “F-35” qırıcıları ilə müqayisədə çox da baha deyil. ”F-22”-nin qiyməti 339 milyon dollar, ”F-35”-in qiyməti isə 178 milyon dollardır.

V.Nəsibov

AzPolitika.info