Menu

Sabunçu rayonunda qadının evinə basqın edənlər 5 min manat pul aparıb

26.08.2016, 16:24
Sabunçu rayonunda qadının evinə basqın edənlər 5 min manat pul aparıb

Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsində soyğunçuluq hadisəsi baş verib.

“Report”un əldə etdiyi məlumata görə, hadisə R.Axundov küçəsində qeydə qlınıb.

İki nəfər naməlum şəxs ev 21 mənzil 3 ünvanında soyğunçuluq törədiblər. Onlar həmin ünvanda yaşayan 1950-ci il təvəllüdlü Leyla Dişinanın mənzilinin qapısını sındırmaqla ora daxıl olublar. Daha sonra ev sahibinin onun əlini və ağzını yapışqanlı lentlə bağlayaraq 5 000 manat pulunu götürüb hadisə yerini tərk ediblər.

Faktla bağlı araşdırmalar aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol