Menu

Daşkəsəndə baş verən güclü qasırğa səbəbindən şəhər - İşıqsız qalıb

26.08.2016, 21:14
Daşkəsəndə baş verən güclü qasırğa səbəbindən şəhər - İşıqsız qalıb

Bəzi yaşayış evlərinin, binaların dam örtüyü dağılıb

Güclü yağışla müşahidə olunan qasırğa zamanı elektrik naqilləri qırılıb, bəzi binaların dam örtükləri dağılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, saat 20 radələrindən başlayaraq güclü leysan yağışla müşahidə olunan qasırğa səbəbindən elektrik naqilləri sıradan çıxıb, bəzi yaşayış evlərinin, binaların dam örtüyü uçub. Şəhərə elektrik enerjisinin verilişi dayandırılıb.

Qasırğa avtomobillərin hərəkətini də məhdudlaşdırıb.

Hazırda yağışlı və küləkli hava şəraiti davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol