Menu

“Fitch” Azərbaycanın  reytinqinə yenidən baxıb

27.08.2016, 09:08

Fitch_Ratings_Album“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycanın reytinqinə yenidən baxıb. “Report”un xəbərinə görə, agentlik Azərbaycanın yerli və xarici valyutada olan emitentin uzunmüddətli defolt reytinqini (İDR) “BB+”, proqnozu isə "neqativ" olaraq müəyyənləşdirib.

“Fitch” həmçinin Azərbaycanın xarici valyutadfa olan istiqrazlarını da “BB+” səviyyəsində təsdiq edib.

Bununla yanaşı Azərbaycanın qısa müddətli yerli və xarici valyutada olan reytinqi (IDRs) “B+” olaraq təsdiqlənib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol