Menu

Türkiyədə 40 iş adamı həbs olundu

27.08.2016, 11:07
Türkiyədə 40 iş adamı həbs olundu

Türkiyənin İstanbul Anadolu Prokurorluğunda terror təşkilatları FETÖ-yə maddi dəstək verilməsi iddiası ilə keçirilən istintaq tədbirləri çərçivəsində 40 iş adamı yaxalanıb.

Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, tutulan iş adamlarının arasında AKFA Holdinqin idarə heyətinin sədri Fatih Aktaş, köməkçisi Fərhat Aktaş, Bank Asya-nın hakim ortaqları Həsən Sayın və İbrahim sayın qardaşları, Fi Tikinti-nin İdarə Heyətinin sədri Fikrət İnan “FETÖ üzvü olmaq”, “terror təşkilatına maddi dəstək vermək” və “cinadətdən qaynaqlı mal varlığı dəyərlərini təmizləmək” maddələri günahlandırılaraq, tutulublar.

Qeyd edək ki, Anadolu Prokurorluğunda FETÖ-yə maddi dəstək verdikləri iddiası ilə AKFA Holdinq və holdinqə bağlı 44 şirkət ilə ortaqları və işləyənlərinə qarşı keçirilən əməliyyat nəticəsində nəzarət qərarı çıxarılan 120 nəfər şübhəlidən 102-si nəzarətə alınmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol