Azərbaycan Dövlət İqtisad Universitetində kadr islahatları davam edir.
ADİU-nin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, universitetin rektorunun bu gün imzaladığı əmrə əsasən, Nazim Eminov Distant və əlavə təhsil mərkəzinin direktoru vəzifəsindən azad edilib.
Qeyd edək ki, Nazim Eminov da Şəmsəddin Haçıyevə yaxın kadrlardan biri sayılırdı. Bir müddət əvvələ qədər o, həm də universitetin təsərrüffat işləri üzrə prorektoru vəzifəsini icra edirdi.
Vaqif
AzPolitika.info


Şərhlər