Menu

Bərdədə azyaşlını maşın vurub

28.08.2016, 18:13

ambulansHəkimlər onun vəziyyətini orta ağır qiymətləndirir

Bərdə rayonunda azyaşlının xəsarət alması ilə nəticələnmiş yol nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun Qaradəmirçi kəndi ərazisində qeydə alınıb. Belə ki, "Mitsubishi" markalı avtomobil yolu keçmək istəyən və şəxsiyyəti hələlik müəyyənləşdirilməyən azyaşlını vurub.

Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.

Həkimlər onun vəziyyətini orta ağır qiymətləndirir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol