Menu

Türkiyədən YPG-yə ağır zərbə: 3 kənd alındı - Foto

28.08.2016, 21:03
Türkiyədən YPG-yə ağır zərbə: 3 kənd alındı - Foto

Türkiyə ordusunun Suriyada həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatı çərçivəsində dəstəklədiyi müxalif Azad Suriya Ordusu növbəti hədəfi olan Menbic şəhərinə doğru irəliləyir.APA-nın məlumatına görə, Azad Suriya Ordusu tərkibində döyüşən Sultan Murad taborunun komandiri polkovnik Əhməd Osman bildirib ki, PKK-nın Suriya qolu olan PYD-nin silahlı qanadı YPG Menbici hələ də tərk etməyib, əksinə, şəhərdə mövqelərini gücləndirməkdədir. Buna görə də Azad Suriya Ordusu Menbicə doğru irəliləyir: “Allahın köməyi ilə bir neçə gün ərzində Menbici alacağıq”.

Qeyd edək ki, bu gün Türkiyə hərbi aviasiyası Amarna və Bir əl-Kusa kəndlərindəki YPG mövqelərinə zərbə endirib. Türkiyənin “Hürriyyet” qəzeti isə günün ikinci yarısında Azad Suriya Ordusunun Cerablus şəhərinin cənubunda, Menbic istiqamətində yerləşən Amarna, Bir əl-Kusa və Ayn əl-Bayda kəndlərinin YPG-nin nəzarətindən azad etdiyi barədə məlumat yayıb. Qəzet Azad Suriya Ordusunun döyüşçülərinin bu kəndlərdəki görüntülərini yayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol