Menu

Azərbaycanın XİN başçısı Gürcüstana yola düşüb

29.08.2016, 11:05

trend_elmar_mammadyarov_070416_2Elmar Məmmədyarov bir sıra rəsmi görüşlər keçirəcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün Gürcüstana rəsmi səfərə yola düşüb.

Azərbaycan XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səfər çərçivəsində Elmar Məmmədyarovun gürcüstanlı həmkarı Mixeil Canelidze, parlametin sədri David Usupaşvili və baş nazir Giorgi Kvirikaşvili ilə görüşü nəzərdə tutulub.

E.Məmmədyarov həmçinin ümummilli lider Heydər Əliyevin abidəsi və Qəhrəmanlar memorialını ziyarət edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol