Menu

Bakıda dənizdə batmaq təhlükəsi ilə üzləşmiş iki nəfər xilas edilib

29.08.2016, 15:01
Bakıda dənizdə batmaq təhlükəsi ilə üzləşmiş iki nəfər xilas edilib

Bakıda dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşmiş iki nəfər xilas edilib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə Xəzər rayonunda baş verib.

Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol