Səudiyyə Ərəbistanının Bağdaddakı keçmiş səfiri Samir Əş-Sebhan vəzifədən ayrılmasının səbəblərini izah edib.
Axar.az xəbər verir ki, diplomat İraqdakı təzyiqlərdən sonra Xarici İşlər Nazirliyinə müraciət etdiyini, öz istəyi ilə vəzifədən uzaqlaşdığını bildirib:
“Şiə silahlılar məni ölümlə təhdid edirdi. Bağdad hökuməti də pis vəziyyətdə qalmışdı. Onları bu vəziyyətdən qurtarmaq üçün istefa verdim.
İraqda İran başqa olmaqla xeyli ölkənin müdaxiləsini görmək olar. Bağdadda İran əsgərləri İraq hökuməti üçün çalışır. İran hələ də İraqı öz torpağı kimi görür və Bağdadın Səfəvi imperiyasının paytaxtı olduğunu iddia edir. Ancaq İraq ərəblərinin yaşadığı yerdə bu baş tutmayacaq”.


Şərhlər