Menu

Cerablusda türk tankı vuruldu - 3 əsgər yaralanıb

30.08.2016, 21:54
Cerablusda türk tankı vuruldu - 3 əsgər yaralanıb

"Fırat Qalxanı" hərəkatı əsnasında, türk ordusuna məxsus tank vurulub.

"AzPolitika" Türkiyə mətbuatına istinadən bildirir ki, Baş Qərargahdan verilən açıqlamaya görə, davam etməkdə olan "Fırat Qalxanı" hərəkatı əsnasında, Cerablusun qərbində terroristlər tərəfindən atılan raket nəticəsində bir tankın yüngül ziyan gördüyü, üç əsgərin yaralandığı ifadə edilib.

Açıqlamada: hücumda üç əsgərin yaralandığı, yaralıların xəstəxanaya yerləşdirilərək müalicələrinə başlandığı bildirilib.

Qeyd edək ki, bölgədə terrorçulara qarşı əməliyyatlar davam etdirilir.

 

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol