Menu

Dələduzluqda təqsirləndirilən şəxsə 9 illik həbs cəzası verilib

31.08.2016, 16:48

hokmBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Azər Sevindik oğlu Şıxverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, A. Şıxverdiyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, A. Şıxverdiyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol