Menu

Tereza Mey: "Aİ-dən çıxış ilə bağlı ikinci referendum olmayacaq"

01.09.2016, 10:01

tereza meyBritaniya hökuməti ilk dəfə iyun referendumunun nəticələrini müzakirə etmək üçün görüş keçirib

"Brexit" üzrə ikinci referendum olmayacaq. Birləşmiş Krallıq Avropa İttifaqı xaricində açılan imkanlara diqqət yetirməlidir".

"Report" BBC-yə istinadən xəbər verir ki, bu sözləri Böyük Britaniyanın nazirləri ilə görüşündə baş nazir Tereza Mey deyib.

Britaniya hökuməti ilk dəfə əhalinin Aİ-dən çıxışa səs verdiyi iyun referendumunun nəticələrini müzakirə etmək üçün görüş keçirib.

Tereza Meyin sözlərinə görə, Birləşmiş Krallıq Aİ-nin qanadlarının arxasında dayanmayacaq. Baş nazir Böyük Britaniyanın dünyadakı yeni rolunda gələcəkdə uğurlar qazanacağına əminliyini vurğulayıb.

T.Mey Aİ ilə danışıqların bu il başlamayacağını da sözlərinə əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol