Menu

Dollar mövqeyini əldən verir

01.09.2016, 12:31

dollars_110215_3ABŞ-da məşğulluqla (aqrar sektor istisna olmaqla) bağlı sabah açıqlanacaq statistik göstəricilərdən öncə bu gün dollar avro və yapon yeninə qarşı ucuzlaşmağa başlayıb. "APA-Economics" "Reuters" agentliyinə istinadən xəbər verir ki, qeyd edilən statistika Federal Ehtiyatlar Sistemi (FED) tərəfindən uçot dərəcəsi ilə bağlı verəcəyi qərara birbaşa təsir edən amildir.

Sessiyanın açılışında dollar yenə qarşı 0,16% ucuzlaşıb. Avronun dollara nisbətən məzənnəsində ciddi volatillik yoxdur - ötən sessiyanın yekununda 1,1123 dollar olan avro hazırda 1,1149 dollaradək bahalaşıb. Avstraliya dolları isə ABŞ-ın milli valyutasına nisbətən 0,27 dollar, Kanada dolları isə 0,03% möhkəmlənib.

"Dollar və ABŞ istiqrazlarının gəlirliliyi Canet Yellenin Cekson-Houldakı açıqlamasından sonra artıb. Lakin bu mərhələ ötən gün başa çatdı. Məşğulluqla bağlı statistika açıqlananadək dollar bahalaşmayacaq", - deyə "Barclays" bankının rəsmisi Cin Kadota bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol