Menu

“Yeni “soyuq müharibə” üçün zəmin yoxdur”- Lavrov

01.09.2016, 13:06

1461072747_lavrov-esas"Hazırda yeni “soyuq müharibə” üçün zəmin yoxdur". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində (MQİMO) tələbələrlə görüşdə deyib.

Nazir qeyd edib ki, indiki dövrlə “soyuq müharibə” dövrünü müqayisə etmək çox çətindir: "Onlar bir-birindən ciddi şəkildə fərqlənir. Mən "soyuq müharibə"nin ikinci nəşrinin reallaşması üçün zəmin görmürəm".

S. Lavrovun fikrincə, bu gün Rusiya və Qərb arasında “soyuq müharibə” dövrü üçün xarakterik olan ideoloji fikir ayrılığı mövcud deyil: "Cəmiyyətin demokratik inkişafını ozündə əks etdirən ATƏT və BMT çərçivəsində bölüşdüyümüz ümumi prinsiplərimiz var".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol