Menu

Türkiyədə amerikalı jurnalist tutulub

01.09.2016, 14:13
Türkiyədə amerikalı jurnalist tutulub

ABŞ Dövlət Departamentinin nümayəndəsi Con Kirbi amerikalı jurnalist Lindsi Snellin avqust ayının əvvəlində Türkiyədə həbs olunduğunu təsdiqləyib. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, o, özünün “Facebook” səhifəsində yazıb ki, iyulda onu “Cebhat an-Nusra” qruplaşması oğurlayıb, sonradan qaçmağa nail olsa da, hərbi əməliyyatlar zamanı sərhədi pozduğuna görə Türkiyədə saxlanılıb.

ABŞ hakimiyyəti bəyan edib ki, Snellin azadlığa buraxılması üçün Ankara ilə əməkdaşlıq edirlər. O, indi Hatay əyalətindəki həbsxanada saxlanılır, avqustun 26-da diplomatlar onunla görüşüblər.

Lindsi Snell özünü müsəlman adlandırır və müsəlman paltarı geyinir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol