Menu

Azərbaycandan çıxışına icazə verilməyən şəxslərin sayı 737-yə çatıb

01.09.2016, 14:38
Azərbaycandan çıxışına icazə verilməyən şəxslərin sayı 737-yə çatıb

Vergilər Nazirliyi vergi borcuna görə daha 15 nəfərin ölkədən getmək hüququnu məhdudlaşdırıb.

"Report" Nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, bunlardan 6-sı fiziki şəxslər, 9-u isə hüquqi şəxslərin icra orqanlarının rəhbərləridir.

Bununla da vergi borcu ilə əlaqədar Azərbaycandan çıxışına icazə verilməyən şəxslərin sayı 722-dən 737-yə (müvafiq olaraq 318 və 419 nəfər olmaqla) yüksəlib.

İcra orqanlarının rəhbərlərinin ölkədən getmək hüququnun məhdudlaşdırıldığı müəssisələr arasında 31 ASC var. Bu, əsasən qida məhsulları, o cümlədən şərab istehsal edən müəssisələr, pambıq tədarükü ilə məşğul olan şirkətlər, nəqliyyat müəssisələridir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol