Menu

Azərbaycanda Turizm Şurası yaradılacaq - Prezidentdən sərəncam

01.09.2016, 19:40

ilham_aliyev_imza_251114Azərbaycanda Turizm Şurası yaradılacaq.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyevin turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı sərəncamda deyilir.

Turizm Şurasının əsas məqsədi Azərbaycanda turizm sahəsində mövcud vəziyyəti təhlil etməkdən, bu sahədə olan problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsindən, turizm sahəsində dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasının əlaqələndirilməsindən ibarətdir. Şura öz fəaliyyətinə müstəqil ekspertləri və mütəxəssisləri cəlb edə bilər, habelə işçi qruplar yarada bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol