Menu

Azərbaycan nefti daha 3% ucuzlaşıb

02.09.2016, 09:31

neftAzərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,50 dollar və yaxud 3,13% ucuzlaşıb.

"Report" xəbər verir ki, bu gün "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 46,41 dollara bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol