Daha 2 bank dollar satışını tamamilə dayandırıb. Söhbət “Azərbaycan Beynəlxalq Bankı” və “Unibank”dan gedir.

manat devalvasiya azpolitika dollar aze devaluation azerbaijanBanklardan fins.az-a verilən məlumata görə, bank rəhbərliyinin qərarına əsasən səhər saatlarından etibarən dollar satışı dayanıb.

Qeyd edək ki, “Azərbaycan Beynəlxalq Bankı” sentyabr ayının 1-də 200 dollar limitlə satış həyata keçirirdi. Eyni həcmdə limitlə avro satışı da reallaşdırılırdı.

“Unibank” isə ötən gün 100 dollar limitlə satış edib. Fins.az-ın məlumatına görə, bununla da dollar satışını dayandırdığını açıqlayan bankların sayı rəsmən 25-ə çatıb. Digər bankların da dollar satdığını demək olmaz, çünki “indi yoxdur, axşam olacaq”, ya da “səhər vardı, satıb qutardıq”, deyə müştəriləri aldatmaq adi etik normaya çevrilib.

f