Menu

Türkiyədə terrorçularla toqquşmalarda 6 əsgər şəhid olub

02.09.2016, 23:38
Türkiyədə terrorçularla toqquşmalarda 6 əsgər şəhid olub

Türkiyənin Van vilayətində təhlükəsizlik qüvvələri ilə terrorçular arasında baş verən döyüşlərdə 4 əsgər şəhid olub.

APA-nın “Hürriyet”-ə istinadən verdiyi xəbərə görə, onlardan birinin leytenant, digərlərinin çavuş olduğu bildirilir.

Hazırda Van vilayətinin Çaldıran rayonunda Tendürek dağı bölgəsində qarşıdurmanın davam etdiyi bildirilir.

Mardin vilayətində isə terrorçularla silahlı toqquşmalarda 2 əsgər ölüb.

Vilayətin Dargeçit rayonunda terrorçuların təhlükəsizlik məntəqəsini atəşə tutmaları nəticəsində 3 əsgər, 3 kənd qoruyucusu və 1 mülki vətəndaş olan qadın yaralanıb. Yaralılar xəstəxanalara çatdırılıb. Onlardan ikisi, əsgər və kənd qoruyucusu xəstəxanada vəfat ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol