Menu

Zimbabvenin 92 yaşlı prezidenti: "Ölmüşdüm, dirildim"

03.09.2016, 15:31
Zimbabvenin 92 yaşlı prezidenti: "Ölmüşdüm, dirildim"

Robert Muqabe 2018-ci ildə keçiriləcək prezident seçkisində də namizədliyini irəli sürəcək

Zimbabvenin 92 yaşlı prezidenti Robert Muqabe sentyabrın 3-də xarici səfərdən ölkəsinə qayıdaraq səhhəti haqda yayılan xəbərləri təkzib edib.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, xarici səfəri zamanı KİV-də onun sağlığında problemin olması haqda məlumat yayılmışdı.

Məlumata görə, o, Afrika ölkələri liderlərinin sammitindən sonra Dubaya, oradan isə Sinqapura uçub. Sinqapurda Robert Muqabe tibii müayinədən keçib.

Sentyabrın 3-də Zimbabve prezidenti paytaxt Xararedə jurnalistlərə bildirib: "Dubaya övladlarımın işi ilə bağlı getmişdim".

Xəbərə görə, o, səhhəti haqda yayılanlara işarə edərək zarafatla deyib: "Ölmüşdüm, dirildim".

Qeyd edək ki, Robert Muqabe faktiki olaraq 1980-ci ildən, müstəqillik əldə etdiyi vaxtdan Zimbabveyə rəhbərlik edir. 1987-ci ildə isə o, ölkənin ilk prezidenti olub. Bu ilin martında R.Muqabe səlahiyyət müddəti başa çatandək prezident olacağını, siyasətdən getməyə hazılaşmadığını açıqlayıb. Onun səlahiyyət müddəti isə 2018-ci ildə 94 yaşı olanda bitəcək. Zimbabvenin lideri 2018-ci ildə keçiriləcək prezident seçkisində də namizədliyini irəli sürəcəyini bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol