Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarında dəyişiklik edilib. Dəyişikliyə görə, rəqəmsal tunerlərin (set-top-box) idxalı gömrük idxal rüsumuna cəlb edilməyəcəkdir.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təsdiqedici sənədinə əsasən, DVB-T və DVB-T2 standartına uyğun rəqəmli televiziya yayımı üçün avadanlıqlar və onlara aid ötürücü anten fider sistemləri gömrük idxal rüsumundan azad edilir.
Qərar Oktyabrın 3-dən qüvvəyə miniəcək və 3 il müddətində qüvvədə olacaqdır.
Qeyd edək ki, Azərbaycanda televiziya yayımı rəqəmsal yayıma keçdiyindən əhalinin bir çox televizorları üçün set-top-box tələb olunur.


Şərhlər