Menu

ABŞ Türkiyə ərazisindən İŞİD-ə raket zərbələri endirib - İLK DƏFƏ

03.09.2016, 20:44

işid.ABŞ ilk dəfə olaraq Türkiyə ərazisindən İŞİD terror qruplaşmasının Suriyadakı mövqelərinə HIMARS raket-zenit sistemlərindən zərbələr endirib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidentinin İŞİD-lə mübarizə koalisiyasındakı xüsusi nümayəndəsi Brett Makqerk bildirib.

“ABŞ İŞİD-in Suriyanın Türkiyə ilə həmsərhəd ərazisində yerləşən mövqelərinə zərbələr endirib. Zərbələr bir müddət əvvəl Türkiyə ərazisində yerləşdirilən HIMARS raket-zenit sistemlərindən endirilib”, - deyə Brett Makqerk “Twitter” səhifəsində yazıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol