Menu

Obama və Putin razılığa gəldi

04.09.2016, 16:56

putin_obama_652Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Barak Obama Çində keçirilən G20 sammitində ayrıca görüşmək barədə razılıq əldə edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Hələlik dövlət başçıları bir-biri ilə yalnız salamlaşıblar və ayrıca danışmaq barədə şərt kəsiblər", - deyə Kreml təmsilçisi söyləyib.

Mətbuat katibi görüşün məhz nə zaman baş tuta biləcəyini açıqlamayıb.

İki ölkə prezidenti sonuncu dəfə 2015-ci ilin noyabrında Parisdə keçirilən iqlim konfransında bir araya gəliblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol