Menu

Bakı aeroportunda ölüm hadisəsi baş verib

05.09.2016, 18:15
Bakı aeroportunda ölüm hadisəsi baş verib

Bakıda Heydər Əliyev Beynəlxalq Hava Limanında ölüm hadisəsi baş verib.

Xəzər rayon Prokurorluğundan “Report”a verilən məlumata görə, İraq vətəndaşı 1953-cü il təvəllüdlü Said İbrahim Məhəmməd aeroportda dünyasını dəyişib. Onun ürəktutmadan öldüyü ehtimal edilir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol