Menu

Əkrəm Əylisli prokurorluğa çağırılıb

05.09.2016, 19:36

ekremYazıçı Əkrəm Əylisli prokurorluğa çağırılıb. "AzPolitika"nın məlumatına görə, bu barədə onun vəkili Elçin Sadıqov məlumat verib.

"Sabah saat 16.00-da Əkrəm Əylisli ilə birlikdə Bakı Şəhər Prokurorluğuna müstəntiq Asəm Səfərəliyevin yanına dəvət edilmişik. Konkret hansı istintaq hərəkəti ilə bağlı çağırıldığımızı deməyiblər" - vəkil bildirib.

Xatırladaq ki, bu il martın 30-da Ə.Əylisli İtaliyaya gedərkən Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılmış və barəsində xuliqanlığa (Cinayət Məcəlləsinin 221.1-ci maddəsi) görə cinayət işi açılmışdı. Əkrəm Əylisli sərhəd xidmətinin əməkdaşına qarşı zorakılıq törətməkdə ittiham olunur.

Həmin maddəyə görə, 160 saatdan 200 saata qədər ictimai iş, 1 ilə qədər islah işləri və yaxud 1 ilədək həbs cəzası nəzərdə tutulur. Çox böyük ehtimalla, Ə.Əylisli bu cinayət işinə görə prokurorluğa çağırılıb.

V.Nəsibov

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol