Menu

Türkiyə qırıcıları terrorçuların 12 mövqeyini məhv edib

06.09.2016, 09:47
Türkiyə qırıcıları terrorçuların 12 mövqeyini məhv edib

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçuların 12 mövqeyini darmadağın edib.

"Report" Haber7-yə istinadən xəbər verir ki, bu haqda Türkiyə Silahlı Qüvvələri tərəfindən yazılı açıqlama yayılıb.

Məlumata əsasən, döyüş təyyarələri İraqın şimalında yerləşən Metina və Hakurk bölgələrində terrorçuların mövqelərinə bombalayıb.

"Tapşırıqları uğurla yerinə yetirən döyüş təyyarələrimiz uçduqları hərbi bazaya dönüb", - deyə açılamada bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol