Menu

Nazirlik daha 19 nəfərin ölkədən çıxmasına qadağa qoyub

06.09.2016, 12:02

vergilerVergilər Nazirliyi vergi borcuna görə daha 19 nəfərin ölkədən getmək hüququnu məhdudlaşdırıb. "Report" Nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, bunlardan 7-si fiziki şəxslər, 12-i isə hüquqi şəxslərin icra orqanlarının rəhbərləridir.

Bununla da vergi borcu ilə əlaqədar Azərbaycandan çıxışına icazə verilməyən şəxslərin sayı 737-dən 756-ya (müvafiq olaraq 325 və 431 nəfər olmaqla) yüksəlib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol