Menu

Şimali Koreyada baş vermiş daşqın nəticəsində - 60 nəfər ölüb

06.09.2016, 20:59
Şimali Koreyada baş vermiş daşqın nəticəsində - 60 nəfər ölüb

Daşqın zamanı 560 sosial obyekt, 30 zavod, 20-dək məktəb tam və ya qismən dagılıb

Koreya Xalq Demokratik Respublikasının şimalında yerləşən Hamgön-Pukto əyalətində baş vermiş daşqın nəticəsində 60 nəfər ölüb.

"Report"un "Qazeta. Ru"ya istinadən verdiyi xəbərə görə, daha 25 nəfər itkin düşüb.

Təbii fəlakət nəticəsində 7 890 düyü sahəsi su altında qalıb. Daşqın zamanı 560 sosial obyekt, 30 zavod, 20-dək məktəb tam və ya qismən dagılıb, yollar, köprülər sıradan çıxıb.

Əhalinin bir hissəsi təxliyyə edilib.

Hazırda əraziyə gətirilmiş tikinti briqadaları ev və yolların bərpası ilə məşgul olur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol