Menu

"Faydalı olmadığımı gördüm..." - Kənan Yavuz

07.09.2016, 11:16
"Faydalı olmadığımı gördüm..." - Kənan Yavuz

"Petkim Petrokimya Holding A.Ş."-nin İdarə Heyəti üzvlüyündən istefa verən Kənan Yavuz bu addımını şərh edib.

"APA-Economics"in xəbərinə görə, K. Yavuz şirkətə faydalı olmadığını hiss edib: "Bildiyiniz kimi, aprel ayında "SOCAR Turkey Energy" şirkətinin baş icraçı direktoru vəzifəsindən uzaqlaşdım və fəaliyyətimi "Petkim Petrokimya Holding A.Ş."-nin İdarə Heyətinin üzvü kimi davam etdirdim. Bu müddətdə o qədər də faydalı olmadığımı gördüm. Bundan sonra real sektorda işlədiyim müddətdə topladığım təcrübəmlə vətənimə xidmət etməyə davam edəcəyəm".

Qeyd edək ki, K. Yavuzun yerinə Ertuğrul Altın təyin olunub.

Həmçinin oxuyun: SOCAR Turkey-in rəhbəri: “Gələn CV-ləri zibilə atıram”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol