Menu

DAHA 3 XARİCİ ŞİRKƏT AZƏRBAYCANDAN GETDİ - Bir yerli şirkət də bağlandı

07.09.2016, 11:24

vergilerAzərbaycanda 3 xarici şirkətin nümayəndəliyi ləğv olunur. Bu barədə Vergilər Nazirliyi məlumat yayıb.Nümayəndəliyini bağlayan şirkətlərdən biri “China Geo-Engineering Corporation İnternational” MMC-dir. Kreditorlar tələblərini Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti,15, məhəllə 1212 ünvanına bildirə bilərlər.

Azərbaycanı tərk edən 2-ci şirkət Böyük Britaniyaya məxsus “Cadbury CIS B.V.”-dir. Kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Neftçilər prospekti 153, “Port Baku Taures” Biznes Mərkəzi (Cənub Qülləsi), 9-cu mərtəbə ünvanına bildirə bilərlər.

Bundan başqa, Türkiyəyə məxsus “Elit” MMC Azərbaycanda filialının ləğv olunduğunu elan edib. Kreditorlar tələblərini Bakı şəhəri, Səbail rayonu, Məmməd Əfəndiyev küçəsi, mənzil 3 ünvanına bildirə bilərlər.

“Üç çinar” Qaçqın İstehsalat Kombinatı ləğv olunduğunu elan edib. Vergilər Nazirliyindən fins.az-a verilən məlumata əsasən, öz tələblərini irəli sürmək üçün kreditorlara 2 ay vaxt verilib.

Qeyd edək ki, kreditorlar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təsərrüfat hesablı Təchizat və İstehsalat İdarəsinə bildirə bilərlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol