Menu

YARALI YUDUM

07.09.2016, 15:31
YARALI YUDUM

İltimas İsmayıl

Uzaq diyarlardan gələn ruzigar,

Qarabağ elinə vara bildinmi,

Min ildir dağların qoynunda duran,

Şuşanın ürəyi, yara, bildinmi.

Şikəstəmiz dağda, daşda vardımı,

Toprağı necədi, ateş, qordumu,

Vaqifin harayı səni yordumu,

Məzarına çiçək sərə bildinmi.

Əsirlikdə qalan yurdum naçarmı,

Çiçəkləri açar, ətir saçarmı,

Çayları axarmı, quşu uçarmı,

Həsrətliyə xəbər verə bildinmi.

Turşsuyunu, Cıdır düzün gəzdinmi,

Toprağım kədərli, bunu sezdinmi,

Yüksələn ahları duydun, bezdinmi,

Topxana meşəsin görə bildinmi.

Dağılmış ocaqlar səni üzdümü,

İllər oldu orda fəsil güzdümü,

Deyirlər açmayır güllər, düzdümü

Bülbüllər çəkilmiş dara, bildinmi.

12.12.2015.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol