Menu

Bu məktəblər xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısından çıxarıldı

07.09.2016, 17:57

serencam ilhamPrezident İlham Əliyev “Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi Qaydaları”nın və “Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 274 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Dəyişikliklə, “Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı”nın 1.4-cü və 1.5-ci bəndləri ləğv edilib.

Bununla, Müdafiə Nazirliyinin strukturundakı Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi və Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısından çıxarılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol