Menu

Bakıda tələbə qız özünü 17-ci mərtəbədən atdı - TƏFƏRRÜAT

07.09.2016, 18:45
Bakıda tələbə qız özünü 17-ci mərtəbədən atdı - TƏFƏRRÜAT

Bakıda intihar hadisəsi baş verib.

Binəqədi Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə bu gün rayonun Mir Cəlal küçəsi 63 A ünvanında qeydə alınıb. 1995-ci il təvəllüdlü Aysel Hümbət qızı Ağaməmmədova 17-ci mərtəbədən özünü atıb. Nəticədə o, aldığı xəsarətdən hadisə yerində keçinib.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, A. Ağaməmmədova Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının tələbəsi olub. O, bir müddət əvvəl nişanlısından ayrılıb. İlkin ehtimala görə, A. Ağaməmmədova buna görə intihar edib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.  /APA

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol