Menu

“Valyutalar marja tələblərindən baha satılır” - Səhiyyə nazirinin müavini

08.09.2016, 13:22
“Valyutalar marja tələblərindən baha satılır” - Səhiyyə nazirinin müavini

"Dolların qiymətinin qalxmasının dərmanların qiymətlərinə təsiri ilə bağlı əczaçılıq şirkətlərinin baş nazirinin müavini Əli Əhmadova etdiyi müraciət Səhiyyə Nazirliyinə də göndərilib".

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

Nazir müavini bildirib ki, məsələ İqtisadiyyat Nazirliyini də narahat edir: "Dünən Tarif Şurası ilə Səhiyyə Nazirliyinin birgə müzakirəsi olub. Çünki çox şirkətlkər nazirliyə birbaşa çıxırlar. Əhali də müraciət edir ki, müəyyən dərmanların çatışmazlığı yarana bilər. Hesab edirəm ki, bu məsələ tənzimlənəcək. Çünki İqtisadiyyat Nazirliyi hökumətin, Mərkəzi Bankın qarşısında məsələ qaldırıb ki, bu tənzimlənsin. Burada əsas problem yaradan məsələlər odur ki, valyutalar valyutadəyişmə məntəqələri üçün qoyulan 4 faizlik marjadan yuxarı qiymətə satıldığına görə bu şirkətlər də öz işlərini normal şəkildə tənzimləyə bilmirlər. Sözsüz ki, şirkət də gətirdiyi dərman preparatlarından özünə qazanc götürməyə maraqlıdır".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol