Menu

İstanbulda terrorçu PKK-nın qadın silahlısı tutulub

08.09.2016, 14:31
İstanbulda terrorçu PKK-nın qadın silahlısı tutulub

Türkiyənin İatnbul şəhərində Atatürk Beynəlxalq Hava Limanında keçirilən əməliyyat nəticəsində terrorçu PKK qruplaşmasının tanınmış üzvlərindən olan qadın silahlı tutulub.

"Report" "Haberturk"ə istinadən xəbər verir ki, Milli İstiqbarat Təşkilatının İstanbul şöbəsi hava limanına Ebru Qırat adlı terrorçunun gələcəyini əvvəlcədən bilirimiş.

İnformasiyaya əsasən, "Amara" ləqəbli terrorçu təyyarədən düşərkən onu təhükəsizlik orqanının əməkdaşları həbs ediblər.

Xəbərdə bildirilib ki, onun PKK başçılarından Murat Karayılanla fotoları KİV-də yayılıb.

Məlumata görə, təhlükəsizlik idarəsində o, sorğu-sual edilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol