Menu

Bakıda iki nəfər su quyusuna düşərək boğulub

08.09.2016, 16:28

su quyusuFövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakının Sabunçu rayonunda dərinliyi təxminən 20 m olan su quyusuna 2 nəfərin düşməsi və orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunaraq 1974-cü il təvəllüdlü İbrahimov Elşad Arif oğlunun və 1961-ci il təvəllüdlü Doktorov Anatoliy Dmitriyeviçin meyitlərini su quyusundan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol