Hay ver mənə, türküm, hay ver

Nureddin-238x215

Nurəddin İsmayıl

Mən bir türkəm soyum bəlli,

Boy atdığım boyum bəlli,

Səsim, ünüm, oyum bəlli,

Hay ver mənə, türküm, hay ver.

Tanrı üzlü göylə gəldim,

Hu deyilən heylə gəldim,

Tutub qəmi neylə gəldin,

Hay ver mənə, türküm, hay ver.

Əzəl gündən dinim vardı,

Qibləm vardı, yönüm vardı,

Yol gör hardan hara vardı,

Hay ver mənə, türküm, hay ver.

Başı dərdli elim ağlar,

Dağım ağlar, daşım ağlar,

Kərkük yanar, Uyğur ağlar,

Hay ver mənə, türküm, hay ver.

Tanrı dağdan gələn səslər,

Hayqırtılı, doğma səslər,

Haray çəkər, bizi səslər,

Hay ver mənə, türküm, hay ver.

10.09.2016

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar