Menu

Mətbuat Şurası Milli Şuranın mitinqi ilə bağlı - Məlumat yaydı

11.09.2016, 23:17

metbuat-surasiAksiyanı işıqlandıran jurnalistlərə qarşı hər hansı insident qeydə alınmayıb

Azərbaycan Mətbuat Şurası Milli Şuranın sentybar 11-də metronun "İnşaatçılar" stansiyasının yaxınlığındakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul" stadionu) keçirdiyi mitinqdə jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələri ilə bağlı monitorinq aparıb.

Şuradan "Report"a verilən məlumata görə, aksiyanı işıqlandıran jurnalistlərə qarşı hər hansı insident qeydə alınmayıb.

Mətbuat Şurasının Daxili İşlər Nazirliyi ilə birgə monitorinq qrupunun üzvlərinə bununla bağlı hər hansı müraciət edilməyib.

Şuranın monitorinq qrupunun üzvləri mitinqi işıqlandıran jurnalistlərin çox az qisminin üzərində "PRESS" yazılmış xüsusi gödəkçələrdə olduqlarını qeydə alıb. Onlar bununla bağlı müvafiq tövsiyələrini veriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol