Menu

Bağdadinin məsləhətçisi öldürüldü

12.09.2016, 21:03

bagdadi isid isisİŞİD-ə qarşı beynəlxalq koalisiyanın İraqın şimalında həyata keçirdiyi hava əməliyyatları nəticəsində 40-a qədər İŞİD silahlısı zərərsziləşdirilib.

Trend xəbər verir ki, öldürülən İŞİD üzvləri arasında terror təşkilatının lideri Əbu Bəkr Bağdadinin məsləhətçisi Əbu İbrahim əl-Hədidi də var.

Onun da olduğu avtomobil karvanına Mosul yaxınlığında havadan hücum təşkil edilib. Eyni zamanda xəbər verilir ki, Mosul ətrafındakı bombardmanda İŞİD-in daha bir yüksək rütbəli şəxsi Visam İsmayıl əs-Subari də öldürülüb. Subari terrorçu-kamikadzelərin hazırlanması üçün cavabdehlik daşıyırmış.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol