Menu

Azərbaycan 22 iranlı məhbusu - Təhvil verdi

13.09.2016, 12:55
Azərbaycan 22 iranlı məhbusu - Təhvil verdi

Sentyabrın 12-də Azərbaycan həbsxanalarında saxlanılan 22 iranlı məhbus bu ölkəyə təhvil verilib.

APA-nın xəbərinə görə, İranın Azərbaycandakı səfirliyində faktı təsdiqləyiblər. Bildirilir ki, bu, iki ölkə arasında məhbusların ekstradisiyasına dair razılaşma üzrə 22-ci ekstradisiya halıdır.

Məhbusların əksəriyyəti narkotik maddələrin qaçaqmalçılığı ilə əlaqədar həbs olunub. Təhvilvermə prosesi Astara sərhəd-keçid məntəqəsində baş tutub və prosesdə İranın Azərbaycandakı baş konsulu Seyid Nasir Mircamali iştirak edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol