Menu

Azərbaycan klubunun sabiq futbolçusu - Vəfat etdi

13.09.2016, 20:29
Azərbaycan klubunun sabiq futbolçusu - Vəfat etdi

Artyom Bezrodnı 38 yaşında dünyasını dəyişib

Moskva "Spartak"ının keçmiş futbolçusu Artyom Bezrodnı 38 yaşında vəfat edib.

"Report" xəbər verir ki, bu barədə "R-Sport" məlumat yayıb.

İlkin məlumata görə, idmançı səhər qaçışı zamanı ürəktutmasından ölüb.

Artyom Bezrodnı "Spartak"da 55 oyuna 10 qol vurub. O, həmçinin Almaniyanın "Bayer" və İmişlinin "MKT-Araz" klublarının şərəfini qoruyub.

Futbolçu son illər həyat yoldaşı və oğlu ilə birgə Ukraynanın Sumı şəhərində yaşayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol