Menu

Əlbəyaxa olan avtobus sürücülərinə rəsmi münasibət

14.09.2016, 11:59
Əlbəyaxa olan avtobus sürücülərinə rəsmi münasibət

Bakı Nəqliyyat Agentliyindən (BNA) xidməti vəzifəsinin icrası zamanı əlbəyaxa dava edən iki avtobus sürücü ilə bağlı sərt tədbir görəcək.

BNA-dan verilən məlumata görə, quruma 6 və 88 saylı marşrut xətləri üzrə xidmətdə olan iki sürücü ilə bağlı şikayət daxil olub və görüntülərdən məlum olub ki, sürücülər xidməti vəzifələrinin icrası müddətində əlbəyaxa dava edirlər: "Hər iki sürücü ilə bağlı sərt tədbirlər görüləcək. Daşıyıcı şirkətlərə müraciət edərək bildiririk ki, marşrut xətti heç kəsin şəxsi mülkiyyəti deyil, avtobus isə heç bir sürücünün şəxsi nəqliyyat vasitəsi deyil. Sürücüsü bu cür kobud davranış qaydaları nümayiş etdirən istənilən sahibkar və ya daşıyıcı şirkət bundan sonra təkcə sürücünün cəza alması ilə məsələnin həll olunacağına ümid etməsin. Psixoloji durumu taraz olan, xidməti vəzifəsinin məsuliyyətini dərk edən sürücülərin işə cəlb olunması sahibkarın və daşıyıcı şirkət rəhbərinin vəzifələri sırasındadır".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol