Ukrayna Donbasda 15 sentyabr, saat 00:00-dan etibarən atəşkəs rejiminə riayət edəcəyinə zəmanət verib.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ukrayna prezidenti Pyotr Poroşenko ilə görüşdən sonra Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer bəyan edib.
“Poroşenko ilə görüşdə Donbasda atəşkəs rejiminə nail olunmasından məmnun olduğumuzu ifadə etdik. Ukrayna Donbasda atəşkəs rejiminə əməl edəcəyinə zəmanət verdi. Güman edirəm ki, Təmas qrupunun növbəti görüşündə Donbasın bir sıra ərazilərində silahların geri çəkilməsi barədə razılığa gəlinəcək”, deyə F-V.Ştaynmayer bildirib.
Qeyd edək ki, bundan əvvəl Frank-Valter Ştaynmayer Ukraynanın cənub-şərqində münaqişənin nizamlanmasına dair Moskvada görüşlər keçirib. Qondarma Donetsk və Luqansk xalq respublikaları isə sentyabrın 15-dən bölgədə “sükut rejiminə” əməl edəcəklərini bildiriblər.

Şərhlər