Menu

“Mən özümü əla hiss edirəm, sağ olun!”

16.09.2016, 09:02
“Mən özümü əla hiss edirəm, sağ olun!”

ABŞ-da Demokratlar Partiyasından prezidentliyə namizəd Hillari Klinton jurnalistlərə özünü yaxşı hiss etdiyini bildirib. APA-nın “RA Novosti”yə istinadən verdiyi xəbərə görə, Klinton sentyabrın 16-da Şimali Karolinada çıxışı zamanı jurnalistləri maraqlandıran bütün sualları cavablandıracağını vəd edib.

“Mən özümü əla hiss edirəm, sağ olun!”, - deyə Klinton təyyarəsinin göyərtəsində KİV nümayəndələrinə bildirib.

Demokratlar Partiyasından prezidentliyə namizəd digər suallara cavab verməkdən boyun qaçırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol