Menu

Səfirliklərin yaxınlığında terakt törətmək istəyən İŞİD-çilər tutuldu

16.09.2016, 10:40
Səfirliklərin yaxınlığında terakt törətmək istəyən İŞİD-çilər tutuldu

Türkiyədə xarici diplomatik korpusların yaxınlığında terror aktı törətməyi planlaşdıran İŞİD terror təşkilatlarının üzvləri saxlanılıb.

Bu barədə Trend "Milliyyət" qəzetinə istinadən məlumat verir.

Müəyyən edilib ki, İŞİD-in sentyabrın 17-də Almaniya və Böyük Britaniya səfirliklərinin binasının yaxınlığında terakt törətmək planı varmış.

Qeyd edək ki, ötən gün Britaniyanın Ankaradakı səfirliyinin cümə günü təhlükəsizlik baxımından bağlı olacağı bildirilmişdi.

Buna qədər isə Almaniya da Türkiyədəki diplomatik nümayəndəliyini bağlamışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol