Menu

İŞİD-in tərkibində döyüşmüş azərbaycanlılara hökm oxundu

16.09.2016, 17:04

isid mehkeme dindar hokm hakim radikalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Tehran Musayev, Səbuhi Cəfərzadə və İsmayıl Surxayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə İ. Surxayev 11 il, T. Musayev 13 il, S. Cəfərzadə isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək onlar Cinayət Məcəlləsinin 279-cu (qanunsuz silahlı dəstə yaratma) maddəsinə əsasən ittiham olunublar.

Onlar Suriyada İŞİD tərkibində döyüşlərdə iştirak ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol