Menu

Suriya ordusunu bombalayan ABŞ-a etibar etməyin - İrandan çağırış

18.09.2016, 18:06

iran-_flag_tehran_030415“ABŞ-a etibar edən optimistlər ABŞ-ın Suriya ordusuna aviazərbə endirməsindən nəticə çıxarmalıdır”.

APA-nın “Fars’ agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın ali dini lideri Ayətullah Xamneyinin məsləhətçisi Həddad Adel bildirib.

H. Adel deyib ki, amerikalılar heç vaxt verdikləri sözü pozmaqdan imtina etməyəcəklər: “ABŞ-ın Suriya ordusuna aviazərbə endirməsi terrorçulara dəstəkdir və ABŞ-ın barışıq planındakı gizli məqsədini göstərir”.

Qeyd edək ki, dünən ABŞ-ın rəhbərlik etdiyi anti-İŞİD koalisiyası Deyr-ez-Zor aerodromunda İŞİD terrorçularının mühasirəsində olan Suriya hərbi birliklərinin mövqelərinə 4 aviazərbə endirib. Nəticədə 62 hərbçi ölüb, 100 hərbçi yaralanıb. Rusiya ABŞ-ın bu addımını sərt formada qınayıb. ABŞ isə yanlışlıqla Suriya ordusunun mövqelərinə zərbə endirildiyini bəyan edib

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol